5 fevral 2019 - 11:20
İran İslam Respublikası kriptovalyuta sisteminə keçdi – PayMon

İran İslam Respublikasının kriptovalyuta sisteminə keçməsi ABŞ və Avropa Birliyinin İslam Respublikasına tətbiq etdikləri beynəlxalq sanksiyalardan yayınmağa və bununla da iqtisadiyyata mənfi təsirləri azaltmağa kömək etmək üçündür.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb.

Məlumata görə, bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token PayMon buraxılması qərara alınıb.

Qeyd edək ki, İran İslam Respublikasının kriptovalyutası üzərində Parsian Bank, Bank Pasargad, Bank Melli İran və Bank Mellat işləyib.

Bildirmək lazımdır ki, İran İslam Respublikasının kriptovalyuta sisteminə keçməsi ABŞ və Avropa Birliyinin İslam Respublikasına tətbiq etdikləri beynəlxalq sanksiyalardan yayınmağa və bununla da iqtisadiyyata mənfi təsirləri azaltmağa kömək etmək üçündür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır