Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İran İslam Respublikasının Yol və Şəhərsalma və Müdafiə Nazirlikləri arasında axtarış və xilasetmə, nəzarət və yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalı haqda müqavilə imzalanıb.
Məlumatına görə, müqaviləni İİR Yol və Şəhərsalma naziri Məhəmməd İslami və İİR-ın Müdafiə Naziri general-mayor Əmir Hatəmi imzalayıb.
Müqaviləyə əsasən ilk mərhələdə 2 ədəd axtarış və xilasetmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün düzəldiləcək.
Bu dörd gəminin dəyəri 9,5 milyon avrodur. Ümumilikdə bütün gəmilər 3 il ərzində düzəldiləcək və xərci 140 milyon avrodan çoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır