Həzrət Ayətullauluzma Xameneinin müraciətinin mətni belədir: Bismillahir-rəhmanir-rəhim. Şücaətli, fədakar və mücahid ruhani höccətulislam cənab Hacı Şeyx Qulamrza Həsəni rəhmətullah ələyhin vəfat etməsi münasibətilə o mərhumun ailəsinə və onu istəyənlərə, möhtərəm ruhaniyyətə, həmçinin Urmiyyənin və Qərbi Azərbaycanın inqilabçı əhalisinə başsağlığı verirəm. O mərhumun istər döyüş səngərlərində, istər uca imamcüməlik mövqeyində, istərsə də müqəddəs müdafiə dövründə və ya daxili muzdur əks-inqilabçılar qarşısındakı illər boyu ardıcıl və hərtərəfli mübarizələri bir inqilabçı və mübariz ruhaninin həyat dəftərindən təkrarolunmaz və ölməz vərəqlərdir. Allah-Taaladan o mərhum üçün rəhmət, bağışlanma və yüksək dərəcələr diləyirəm.
Seyyid Əli Xamenei
2 xordad 1397-ci il
..................
300
23 may 2018 - 15:39
Xəbər kodu: 894676
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Urmiyyənin sabiq imamcüməsi, fədakar və mücahid din xadimi höccətulislam Hacı Şeyx Qulamrza Həsəninin vəfat etməsi münasibətilə başsağlığı veriblər.