Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasında Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev Allahın rəhmətinə qovuşub.
Məlumata görə, İmam Hüseyn (ə) məktəbi aşiqi olan şair Yasamal rayonunda torpağa tapşırılıb.
Mərhum Seyid Rəhim Baxşıyev Əhli-Beyt (ə) haqda dəyərli şerlər söyləmiş və ondan Əhli-Beytin (ə) mədhində çoxlu şerlər yadigar qalmışdır.
Qəzəllərdə də xüsusi məharəti olan Əhli-Beyt (ə) şairi ötən il İsfahanda Hüseyn (ə) Pir-Qulamları 11-ci Beynəlxalq iclasında xarici qonaq kimi iştirak etmiş və azərbaycanlı Hüseyn (ə) pir-qulamı olaraq alqışlanmışdır.
Mərhum Seyid Rəhim Baxşıyev xərçəng xəstəliyindən əziyyət çəkirdi və bu gün 58 yaşında fani dünya ilə vidalaşıb.
İran İslam Resublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeliyi Əhli-Beyt (ə) şairinin vəfatı ilə əlaqədar Əhli-Beyt (ə) məktəbinin aşiqlərinə başsağlığı verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır