30 noyabr 2017 - 16:49
ABŞ-dan dəhşətli etiraf: 801 dinc sakini öldürmüşük

“Ölüm faktı ilə bağlı 605 sənəd araşdırılır. Mülki şəxslərin ölümü və yaxud yaralanması ilə bağlı olaylara görə məsuliyyət daşıyırıq”, - məlumat da bildirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın açıqlamasında belə deyilib: “Son 3 ildə Suriya və İraqda təşkil etdiyimiz hərbi əməliyyatlarda ən azı 801 dinc sakin ölüb.”

“Ölüm faktı ilə bağlı 605 sənəd araşdırılır. Mülki şəxslərin ölümü və yaxud yaralanması ilə bağlı olaylara görə məsuliyyət daşıyırıq”, - məlumat da bildirilib.

Koalisiya həmçinin Suriyada Rusiya Hərbi Qüvvələri ilə gərginlik yaratmaması üçün əlindən gələni etdiyini də vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır