28 oktyabr 2017 - 15:10
İŞİD-in işğalında olan Əl-Qaim rayonun ətrafı İraq qüvvələri tərəfindən təmizləndi

İraq qüvvələrinin İŞİD ilə Əl-Qaimin cənubunda baş verən şiddətli qarşıdurmaların nəticəsində 30 terrorçu zərərsizləşdirilib və onlarla terrorçu yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın ordu qüvvələri Ənbar vilayətinin qərbində yerləşən Əl-Qaim rayonundakı uğurlarını davam etdirərək, Suriya sərhədinə qədər irəliləməyi bacarıb.

Məlumata görə, İraq qüvvələri Ənbar vilayətinin qərb rayonlarının işğaldan azad edilməsi əməliyyatının ikinci mərhələsində, Əl-Qaim rayonunun ətrafındakı bütün məntəqələri və bölgələri İŞİD-in işğalından azad edib.

İraq qüvvələrinin İŞİD ilə Əl-Qaimin cənubunda baş verən şiddətli qarşıdurmaların nəticəsində 30 terrorçu zərərsizləşdirilib və onlarla terrorçu yaralanıb. Ordu rayonun mərkəzinə doğru hərəkət edir.

Suriyalı bir hərbi mənbə isə, Suriya qüvvələrinin İraqın müqavimət qüvvələri ilə eyni səngərdə terrorçulara qarşı vuruşduqlarını deyib. Mənbə İraq və Suriya birgə sərhədlərindən 250 kilometrdən çoxunun terrorçulardan təmizləndiyini də vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır