23 oktyabr 2017 - 13:39
İsveçrədə baltayla hücum; 8 yaralı

Oğurlanmış avtomobillə hadisə yerindən qaçan gəncin bir yanacaqdoldurma məntəqsində qəza törədərək, dayanmağa məcbur olduğu, burada da bəzi vətəndaşları yaraladığı qeyd edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsveçrə polisi Latviya əsilli 17 yaşlı gəncin dünən gecə Flums qəsəbəsində baltasıyla ətrafdakı vətəndaşlara hücum etdiyini bildirib.

Oğurlanmış avtomobillə hadisə yerindən qaçan gəncin bir yanacaqdoldurma məntəqsində qəza törədərək, dayanmağa məcbur olduğu, burada da bəzi vətəndaşları yaraladığı qeyd edilib.

Polisin atəş açdığı təcavüzkar yaralı olaraq tutulub.

Hücumun terrorizmlə əlaqəli olmadığına işarə edilən açıqlamad, "Əldə olan tapıntılara görə, təcavüzkar ilk dəfə cinayət törədir. Bu mərhələdə əlimizdə təcavüzkarın terrorizmlə əlaqəsi olduğunu göstərən heç bir şey yoxdur", - deyə bildirilib.

İsveçrə mətbuatına görə, hücumda biri ağır olmaqla, 8 nəfər yaralanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır