Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dəclə əməliyyatı komandanlığı İraqın şərqində yerləşən Diyalə şəhərinin şimalının azad edilməsi üçün qondarma “İŞİD” adlı terror təşkilatına qarşı bölgədə əməliyyatın başlandığını bildirib.
Diyalə şəhərinin şimal-şərqinin azad edilməsi əməliyyatının komandanı Məzhər Azavi polis, ordu və Əl-Həşduş Şəbidən ibarət birgə qüvvələrin İraq ordusu hava qüvvələrinin dəstəyi ilə Diyalədə əməliyyata başladığını deyib.
Azavi üç istiqamətdən əməliyyatın başladığını deyərək, əməliyyat çərçivəsində İŞİD-in bir komandirinin həbs olunduğunu və onlara aid üç silah anbarının məhv edildiyini söyləyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır