Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Siyasi Məsləhət Şurasının katibi Möhsün Rizai sentyabrın 5-də İraqın paytaxtı Bağdadda mətbuat nümayəndələrinə verdiyi açıqlamada gündəmdəki mövzuları qiymətləndirib.
İraqın Kürd Regional Rəhbərliyinin (İKRR) sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumuna dair Rizai belə danışıb: “İraqın parçalanması regionda inamsızlığın artmasına səbəb ola biləcək. Ümüdvaram ki, kürd liderləri referendum qərarını dayandıracaqdır. İraqın parçalanması ilə yanaşı, bu ölkə, o cümlədən Türkiyə ilə Suriya da parçalanma prosesinə gedə bilər. Əslində İslam düşmənləri Türkiyə və Suriyanı da parçalamaq istəyir. Bu prosesin başlanılması Yaxın Şərqin təhlükəsizlik və sabitliyini böyük bir riskə atacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır