15 avqust 2017 - 14:03
Ruhanidən ABŞ-a böyük təhdid

İran məclisi raket proqramı üçün 520 milyon dollarlıq budcənin ayrılması ilə əlaqədar qanun layihəsini təsdiqləmişdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran prezidenti Həsən Ruhani, "Tramp, ABŞ-ın yaxşı bir həmkar olmadığını sübut etdi" deyə bildirib.

Ruhani, televiziyada yayımlanan çıxışında bunları deyib"Əgər ABŞ sanksiyalara davam edərsə İran bin neçə saat ərzində nüvə razılaşmadan çəkilə bilər" . "Daha əvvəl də uğursuz sanksiyalar tətbiq olundu" deyən Ruhani, bunların daha sonra müzakirə masasınyla nəticələndiyini söylədi.

İran məclisi ötən günlərdə ABŞ-ın sanksiyalarına cavab olaraq raket proqramı xərclərini artırma qərarı almışdı. İran məclisi raket proqramı üçün 520 milyon dollarlıq budcənin ayrılması ilə əlaqədar qanun layihəsini təsdiqləmişdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags