Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Şanlıurfa Təhlükəsizlik rəhbərliyinin Terrorla Mübarizə Şöbəsi (TEM) qrupları, 21 İyulda şəhərdə avtomobili ilə gedərkən, motosikletdə olan 2 nəfər tərəfindən silahla öldürülən K. faraş hadisəsiylə əlaqədar araşdırmalara başlayıb.
Şanlıurfa, Qaziantep və Malatya şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlarda, Türkiyəyə qeyri-qanuni yollarla daxil olduqları bildirilən hərbiçilər Bünyamin Xəllaq, Mahmud Əlhammud və Mahmud Əl Cərrah, hadisədə istifadə etdikləri silahlarla tutuldu.
Şübhəlilər, əməliyyatlardan sonra sağlamlıq müayinəsindən keçirilərək məhkəmə qarşısına çıxarılıb.
Məhkəməyə çıxarılan işid üzvləri həbs olub.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!