11 avqust 2017 - 08:07
General Səlami: Amerika İran qarşısında aciz qalmışdır

General Səlami İran İslam Respublikasının quru, dəniz və havada düşmənin qarşısını kəsdiyini və onların qarşısında heç bir yolun açıq olmadığına işarə edərək, bu xalqın islam inqilabı rəhbərinin əmrinə tabe olduğu muddətdə heç bir məğlubiyyətə uğramayacağını söylədi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran İslam İnqilabı Gözətçilər Ordusunun komandir Amerikanın bir çox böyük ölkəni işğal edərək böyük iqtidarların yıxılmasına səbəb olduğuna işarə edərək, hal-hazırda Amerikanın İran qarşısında hərəkətsiz və aciz qaldığını bildirib.

IRNA-nın bildirdiyinə görə general Hüseyn Səlami dünən axşam İranın cənub şərqində yerləşən Kermanda verdiyi açıqlamada bildirib ki, "əgər indi
İran İslam Respublikası  böyük düşmənlərin qarşısında dayanıbsa, heç bir qorxuya qapılmadan ərazi bütövlüyü və azadlığını müdafiə edərək düşmənləri çarəsiz qoyursa, bunun səbəbi şəhidlərin uca ruhudur ".

General Səlami
İran İslam Respublikasının quru, dəniz və havada düşmənin qarşısını kəsdiyini və onların qarşısında heç bir yolun açıq olmadığına işarə edərək, bu xalqın islam inqilabı rəhbərinin əmrinə tabe olduğu muddətdə heç bir məğlubiyyətə uğramayacağını söylədi.

Hüseyn Səlami, Livan Hizbullahının parladığını və  müqavimət gücü olaraq təsirli olduğunu bildirib.

General Səlami, Suriyada müqavimətin mərkəzi halqasını qırmaq istəyən müstəkbirlər isə İslam inqilabı rəhbərinin liderliyi ilə yollarının kəsildiyi və meydanda üstünlüklərini itirdiyini bildirib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags