Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Sədr hərəkatının sözçüsü Salah əl-Ubeydi Ərəbistanın əl-hədəsi televiziyasına verdiyi müsahibəsində bunları söylədi: Məhəmməd bin Salman və Müqtəda Sədr son danışıqlarında Riyad və Bağdadın keçmişdə iki ölkə əlaqələrində səhvlərə yol verildiyini bildiriblər.
Əl-Ubeydi çıxışında bu açıqlamaları verdi: Məhəmməd bin Salman və Müqtəda Sədr Bazar günü Ciddədə reallaşan görüşdə iki ölkənin iki tərəfli əlaqələrindəki səhvlərini təyin ediblər və bu səhvlərdən keçid məzmunundakı ciddi qərarlarını elan ediblər.
Keçmişdə hər iki tərəfin siyasi arenada aktiv olmasına baxmayaraq, hər iki ölkənin əlaqələrinə hakim olan ümumi atmosfer müsbət deyildi.
İraq və Ərəbistanın iki tərəfli əlaqələri yalnız siyasi və diplomatik mövzularla məhdudlaşmamalıdır.
Müqtəda Sədrin Ərəbistan ziyarəti, onun bu ölkə qarşısındakı sərt çıxışlarından sonra reallaşmışdır. O, Şeyx Nemrin edamına etiraz olaraq Ərəbistanının Bağdad səfirliyinin bağlanılmasını istəmiş və Səudiyyə güclərinin Bəhreynə müdaxilələrini sərt bir şəkildə tənqid etmişdi.
İraqlı müşahidəçilər, Ərəbistanın İraqlı şiə qruplar içinə nüfuz etməyi və təsirli bir yerə çataraq onlar tərəfindən Ərəbistana tətbiq olunan sanksiyalara son verməyi planladığına inanırlar.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!