1 avqust 2017 - 12:11
İran: amerikalılar Fars Körfəzində qorxuya düşüb.

Fars Körfəzi İran və bölgə dövlətlərinə aid olduğu üçün xarici güclərin qorxuya qapılıb müdafiə mövqeyi alması da təbii və normaldır.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- İran İnqilab Gözətçilərinin Dəniz qüvvələri Komandiri Əli Fedavi, bu gün mətbuat mənsublarına verdiyi açıqlamada, Fars Körfəzinin əvvəl ki kimi, İnqilab keşikçiləri Dəniz Qüvvələrinin nəzarəti altında olduğunu ifadə edərək, İranın bu körfəzə hələ tam nəzarəti təmin edəcəyini və bu prosesin gündən günə güclənəcəyini bildirib.

İranın Fars Körfəzi başda olmaqla Hormuz Bağazı və Oman dənizində də varlığını qoruyacağını bildirən Fedavi, "İran Ordusu Dəniz Qüvvələri Oman dənizində və İnqilab Gözətçiləri Dəniz Qüvvələri də Fars Körfəzində 24 saat vəzifə başındadır" deyə bildirib .

Fedavi, İnqilab Gözətçilərinin hər baxımdan hazırlıqlı olduğunu qeyd edərək, "İnqilab Gözətçiləri Dəniz Qüvvələrinin yeni silahlar və hərbi təchizatlarla təmin ediləcəyi bildirib
Son günlərdə amerikalıların irəli sürdüyü iddialar istiqamətindəki bir sual cavab olaraq Fedavi, bunları qeyd etdi: Amerikanın Fars Körfəzindəki manevri "atəş açma" deyildi, bir helikpoterin müdafiə mövqeyi alaraq işarə fişengi atması idi. Amerikan donanması beynəlxalq sularda ehtiyatla hərəkət etməli. ABŞ-ın Fars Körfəzində göstərdiyi manevrlər aqressiv ola bilməz, çünki amerikalılar narahatlıq keçirir və qorxuudan müdafiə mövqeyini alırlar. Fars Körfəzindən minlərlə kilometr uzaqdan gələn Amerikanlar təbii ki narahatlıq edəcəklər. Fars Körfəzi İran və bölgə dövlətlərinə aid olduğu üçün xarici güclərin qorxuya qapılıb müdafiə mövqeyi alması da təbii və normaldır.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər