2 may 2017 - 02:22
İsveçdə İmam Əli (ə) Məscidi yandırılıb – Foto

Məsciddə yanğından öncə İmam Hüsyen (əleyhi səlam), Həzrət Abbas (əleyhi səlam) və İmam Səccad (əleyhi səlam) mövlud günü münasibətilə bayram şənliyi keçirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, iki gün öncə gecə saatlarında naməlum şəxslər İsveçdə İmam Əli (əleyhi səlam) adına olan Mərkəz və  Məsciddə yanğın törədiblər.

Məlumata görə, Şimali Stockholm şəhərinin Jacob Zbergin şiələrin ən böyük İslami Mərkəzində baş vermiş yanğın mərkəzə ciddi ziyan vurub.  

Polis yanğının qəsdən törədildiyini  bildirib. Yanğın yerli vaxtla saat 23:00-da başlayıb. Yanğını bir neçə saatdan sonra yerli vaxtla  saat 03:00 radələrində yanğınsöndürənlərin səyi nəticəsində söndürmək mümkin olub.

Məsciddə yanğından öncə İmam Hüsyen (əleyhi səlam), Həzrət Abbas (əleyhi səlam) və İmam Səccad (əleyhi səlam) mövlud günü münasibətilə bayram şənliyi keçirilib. Yanğın zamanı bir neçə nəfər Məscidin içərisində olub.

Polis araşdırmalara başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır