Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Haşd Şabi komandirlərindən Əbu Mehdi əl-Muhəndis, İraq müdafiə xəttləri üzərindəki təzyiqi azaldmaq və Mosul-Sayniye-Hadise yolunun təhlükəsizliyini təmin etmək üçün, Hadir şəhərciyini qurtarılmasının böyük əhəmiyyətə malik olduğunu açıqladı.
Əbu Mehdi əl-Muhendis, "Hadir, terrorist qrupların sığınacağı idi. İraq təhlükəsizlik qüvvələri 2003-ci ildən bəri buraya girə bilmirdi ", Mosulun qərbinin və Telafer şəhərinin mühasirə altına alınmasından sonra IŞİD'in üç əhəmiyyətli mövqeyinin qaldığını, bunlardan birinin də Hadir olduğunu söylədi.
Hadir'in Kayravan və əl-Baac ilə Suriya və Rave ilə Hadise arasındakı əlaqə xəttində olduğunu bildirən Əbu Mehdi əl-Muhendis, "Hadir'in qurtarılması, Haşd Şabi üçün böyük bir nailiyyətdir deyə bildirib. Bu sayədə İraq ordusu üzərindəki təzyiq azalacaq və Mosul ilə Səlahəddin bölgəsinin şimalındakı Sayniye yolunun təhlükəsizliyi təmin edilmiş olacaq "deyə vurgulayıb.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!