Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq ordusu və Haşdi Şabi birlikləri, Mosul əməliyyatı çərçivəsində təkfirçi terroristlərin əlində olan bir qız uşağını xüsusi bir əməliyyatla qurtarmağı bacardı.
Adının '' Farah '' olduğu bildirilən kiçik qız uşağı, bacısıyla birlikdə təkfirçi terror təşkilatı İŞİD tərəfindən qaçırılmışdı.
İraq ordusuna və Haşdi Şabi birliklərinə aid mücahidlər, təkfirçi terror təşkilatı IŞİD'in tərəfindən qaçırıldıqdan sonra girov saxlanılan 11 yaşlı qız uşağını təşkil etmiş olduqları ortaq əməliyyat nəticəsində qurtardı.
Təkfirçi terroristlərin əlindən qurtarılan qız uşağının ailəsinə təslim ediləcəyi bildirildi.
Qurtarma əməliyyatına şəxsən İraq Polis rəyisi General '' Şakir Cevdet '' əmr edib.
İraq ordusu hal-hazırda, Mosulun qərb istiqamətində təkfirçi terror təşkilatı İŞİD terrorçularıyla qarşıdurma içərisindədir.
İraq ordusu, İŞİD terrorçularını təmizləmək üçün başlatmış olduğu əməliyyat, 17aya yaxındır davam edir. İraq ordusunun əsl hədəfi; təkfirçi terroristləri '' Dəclə '' çayına doğru geri qaytarmaqdır.
İraq polisi təşkil edilən əməliyyatlar çərçivəsində 14 təkfirçi terroristin təsirsiz hala gətirildiyini, 8 zirehli vasitənin məhv edildiyini və partlamağa hazır 55 bombanın təsirsiz hala gətirildiyini bildirdi.
İraq təhlükəsizlik vahidlərinin verdiyi məlumata görə; İraq Federal Polisi, təkfirçi terror təşkilatı IŞİD'in bomba mütəxəssisini və onu müşayiət edən 3 Asiya əsilli terroristi, Mosul ətrafında öldürməyi bacardı.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!
