Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Şimali Koreya lideri Kim Jong-un, Suriya Dövlət Başçısı Bəşər Əsədə 'yazdığı məktubda, ABŞ-ın Suriyadakı hava bazasına təşkil etdiyi hücumu qınadı.
The Korea Herald'ın xəbərinə görə, Suriya Dövlət Başçısı Bəşər Əsədə məktub göndərən Şimali Koreya lideri Kim Jong,məktubda Suriyanın müstəqilliyinin 71-ci il dönümü ilə əlaqədar Bəşər Əsədə və Suriya xalqına təbrik deyib.
Bu məktubda ABŞ-ın Suriya Hava qüvvələrinə aid Şayrat hava bazasına təşkil edildiyi hücumu da qınadıqlarını ifadə edən Kim Jong-un, bu hücumu "alçaqca" olaraq xarakterizə edib.
Suriyanın İdlib şəhərindəki kimyəvi silah istifadəsini səbəb göstərən ABŞ, 7 Apreldə Humus yaxınlarındakı Şaryat hava bazasına 50-dən artiq Tomahawk mərmisi atmışdı.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!