16 aprel 2017 - 18:55
Fələstinli qadın 15 il sonra azadlıqda-FOTO

Sionist rejim, Carbunini 2002-ci ildə işğal altındakı Fələstin torpaqlarında müqavimət əməliyyatlarında iştirak etmək ittihamı ilə 17 il həbsə məhkum etmişdi. Amma daha sonra bu hökmü 15 ilə endirmişdi.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Sionist rejim bu gün səhər həbsxanada olan Fələstinli qadın məhbusu sərbəst buraxdı. 42 yaşındakı Lina Əhməd Saleh Carbuni adlı Fələstinli qadın, 15 il müddətlində İsrailin  əsarətindəydi və ənqədim Fələstinli qadın ünvanını daşıyırdı.

Sionist rejim, Carbunini 2002-ci ildə işğal altındakı Fələstin torpaqlarında müqavimət əməliyyatlarında iştirak etmək ittihamı ilə 17 il həbsə  məhkum etmişdi. Amma daha sonra bu hökmü 15 ilə endirmişdi.

İndi işğal altında olan Arraba Batuf şəhərində bu aslan ürəkli Fələstinli qadını qarşılamaq üçün böyük bir hazırlıqlar edilir.

Sionist rejimin həbsxanasındakı Fələstinli qadın məhbuslar Lina Carbuninin sərbəst buraxılmasına sevinsələr də digər tərəfdən köhnə dost və yoldaşlarından ayrıldıqları üçün kədər içindədirlər. Çünki Carbuni, onların həbsdəki ən səmimi dostlarından idi və onların təhsil, səhiyyə, təmizlik kimi bütün işlərində ən yaxşı yardımçılarıydı.

Lina Carbuni, 2011-ci ildə əsir dəyişməsi razılaşması çərçivəsində 1000 Fələstinli ilə birlikdə sərbəst buraxılmalı idi, amma Sionist rejim bu qərarından imtina edərək bu razılaşmanın Carbuni və digər Fələstinli əsir qadınları əhatə etmədiyini iddia etdi.

Mina Kaduni adlı sərbəst buraxılmış digər Fələstinli əsir qadın, Carbuninin sərbəst buraxılmasına görə çox sevindiyini , amma digər tərəfdən heç kimin onun yerini doldurmayacağına görə  digər Fələstinli əsir qadınlar üçün narahat olduğunu bildirdi. Lina bütün əsir qadınlar üçün bir ana, bacı və mehriban bir müəllim kimi idi və hər zaman əsirlərin hüquqlarını müdafiə edirdi. Yaralı və xəstə əsirlərlə maraqlanırdı və onların müalicəsi üçün çalışırdı.

Lina Carbuni keçən ildən bəridir ki, öz yerini dolduracaq üç fələstinli qadının təhsili ilə məşğul imiş.Bu qadınlar o sərbəst buraxıldıqdan sonra onun yerini alaraq digər Fələstinli qadınların işləri və problemləriylə maraqlanacaqlar.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər