15 mart 2017 - 11:30
Bəşər Əsəd: İsrail terrorçuları bilavasitə dəstəkləyir

Suriya Dövlət Başçısı Bəşər Əsəd, İranın terrorla mübarizədə Suriya xalqının yanında olduğunu vurğulayaraq, Sionist Rejimin də terroristlərə dəstək verdiyini ifadə etdi.

Əhlibeyt (ə) Xəbər Agentliyi abna - Sana-nın xəbərinə görə, Avropalı mətbuat mənsublarına müsahibə verən Suriya Dövlət Başçısı Bəşər Əsəd, gündəmdəki mövzulara dair açıqlamalar verib.

Suriyanın terrorizmə qarşı mübarizə sülh danışıqlarını davam etdirməyi ön plana aldığını deyən Bəşər Əsəd, "Ölkəmizin Qərb tərəfindən mühasirəsi terroristlərin etdiyi qırğının davamıdır. Bunun məqsədi də Suriya xalqını yurdlarından didərgin salıb başqa ölkələrə köçürtməkdir "deyə bildirib.

  "İsrail terrorçuları bilavasitə dəstəkləyir.Buna çoxlu sayda dəlil və sübutlar var deyən  Əsəd, Hələb Palmira-nın da azadlığının çox əhəmiyyətli bir zəfər olduğunu vurğuladı.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags