27 fevral 2017 - 17:24
İraq ordusu Mosulu birləşdirən körpülərdən birini də azad etdi

İraq ordusu Mosul şəhərindəki növbəti strateji obyekti azad edib.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə İraq Silahlı Qüvvələri Mosulun qərb hissəsindəki əl-Cəusək rayonunu azad edib və Dəclə çayı üzərindəki 4-cü körpünü nəzarəti altına alıb.

“Federal polisin çevik qoşun alayları əl-Cəusək rayonunu azad edib, Mosulun sağ sahilə düşən hissəsindəki 4-cü körpünü nəzarət altına alaraq və ərazidəki binaların üzərində İraq bayrağını dalğalandırıb.”, - deyə Mosulun azad edilməsi əməliyyatının başçısı, İraq Silahlı Qüvvələrinin general-leytenantı Əbdül Əmir Rəşid Yarəllah bildirib.

O, əlavə edib ki, İraq hərbçiləri çox sayda terrorçu və onlara məxsus döyüş texnikası məhv edilib.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

Etiketlər