25 fevral 2017 - 10:55
Müəmma olaraq qalır, Azərbaycanda növbəti Məscid yandı

Qeyd edək ki, Azərbaycanda son illərdə məhz Məscidlərin sökülməsi, təmirlərinə sərəncam verilənlərin təmirsiz qalması, bağlanıb həyat ərazisinin zəbt edilməsi və yanaraq kül olması aktları bəzi müşahidəçilərdə bu hadisələrin heç də təsadüfdən qaynaqlanmadığı fikirləri canlandırır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yardımlıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında dərc olunan məlumata görə, Yardımlı rayonu, Honuba kəndində ümumi sahəsi 90 m2 olan kənd Məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, Azərbaycanda son illərdə məhz Məscidlərin sökülməsi, təmirlərinə sərəncam verilənlərin təmirsiz qalması, bağlanıb həyat ərazisinin zəbt edilməsi və yanaraq kül olması aktları bəzi müşahidəçilərdə bu hadisələrin heç də təsadüfdən qaynaqlanmadığı fikirləri canlandırır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır