Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Hələbin şimal-şərqində yerləşən Susyan şəhərində bomba yüklü bir yük maşını partladıldı.
Bomba yüklü yük maşınının partladılması nəticəsində ilkin məlumata görə 30 adam həyatını itirdi.
Bəzi qaynaqlar ölənlərin sayının 45 nəfər olduğunu açıqladı və onlarla adam yaralandıı.
İndiyə qədər hər hansı bir təşkilat hücumu boynuna götürdüyünə dair rəsmi bir məlumat gəlməyib.
Suriya xəbər qaynaqları; bomba yüklü yük maşınının Əl-Babda nəzarət nöqtəsində meydana gəldiyini bildirib.
Türk ordusunun dəstəklədiyi Azad Suriya Ordusu adlı silahlı terrorist qrup, Cümə axşamı günü Əl-Bab şəhər mərkəzində tamamilə nəzarəti təmin etdiyini və təkfirçi terror təşkilatı olan IŞİD-in şəhərdən geri çəkildiyini bildirmişdi.




Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!