22 fevral 2017 - 14:14
Fransa prezidentliyinə namizəd olan radaikal sağçı qadın Hicab geyinməkdən və Müfti Əzəmlə görüşdən imtina etdi- Video

Qeyd edək ki, Fransa qanununa əsasən təhsil ocaqlarında Hicabla sinifdə iştirak etmək qadağandır (!). Lupen də belə bir təşəbbüs irəli sürərək 2004-cü ildə təsvib olunan və ictimai yerlərdə Hicabdan və ümumiyyətlə Dini Atributlardan istifadə edilməsi qadağan edilən qanunun icra müddətinin yenidən artırılmasını istəmişdir. O, prezident seçkilərinin təbliğatına başlayan gündən artıq bir aydır anti-İslam çıxışları edir. Və bildirir ki, prezident seçiləcəyi təqdirdə ölkədə mövcud olan bütün Məscid və digər İslam Mərkəzlərinin fəaliyyətini dayandıracaqdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa Milli Cəbhəsinin lideri və ekstrimist sağçılar qrupunun Fransa prezidentliyinə namizədi xanım Marin Lupen Livana etdiyi 2 günlük səfərində 21 Fevral tarixində Müfti Əzəmi ilə görüşdə Hicab taxmaqdan boyun qaçıraraq qapıdan geri qayıtdı.

Livan Müfti Əzəmi Şeyx Əbdül Lətifin media üzrə nümayəndəsi Xəldun Uveys bildirib ki, Hicabın bağlanmasının zəruri olması öncədən Xanım Lupenin köməkçilərinə deyilmişdir.

Xəldun Uveys deyib: “Mən şəxsən ofisin qapısına gedərək, əlimdə olan ağ rəngli örtüyü Marin Lupesə təqdim etdim, lakin o bunu qəbul etmədi və qapının ağzından geri döndü. Müfti Əzəmlə görüşdə xanımların Hicablı olmaları zəruridir.”

Lupen isə, jurnalistlərə belə deyib: “Siz mənim salam və ehtiramımı Müfti Əzəmə çatdıra bilərsiniz, amma mən özümü örtməyəcəyəm.” (!)

Qeyd edək ki, Fransa qanununa əsasən təhsil ocaqlarında Hicabla sinifdə iştirak etmək qadağandır (!). Lupen də belə bir təşəbbüs irəli sürərək 2004-cü ildə təsvib olunan və ictimai yerlərdə Hicabdan və ümumiyyətlə Dini Atributlardan istifadə edilməsi qadağan edilən qanunun icra müddətinin yenidən artırılmasını istəmişdir. O, prezident seçkilərinin təbliğatına başlayan gündən artıq bir aydır anti-İslam çıxışları edir. Və bildirir ki, prezident seçiləcəyi təqdirdə ölkədə mövcud olan bütün Məscid və digər İslam Mərkəzlərinin fəaliyyətini dayandıracaqdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır