Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran İslami Şura Məclisinin sədri, Amkerikanın nüvə razılaşmasındansonra,İranın bölgədəki tutumu və imkanlarının artmasından qorxduğunu bildirdi.Dünən axşam Qum şəhərində qatıldığı bir televiziya proqramında danışan İslami Şura Məclisinin sədri Əli Laricani, İran ilə müzakirələrdə Amerikalıların əsl məqsədinin yalnız nüvə məsələsi olmadığını, Amerikalılarının düşmənliyinin İran ilə məhdudlaşmadığını və digər bir çox ölkəni də əhatə etdiyini bildirdi.
Trampın iqtidara gəlməsi ardından Amerika ilə digər ölkələr arasında baş verən problemlərin Amerikanın daxili problemlərindən qaynaqlandığını ifadə edən Laricani, ABŞ başçısı Donald Trampın viza qadağası vasitəsiylə bu ölkənin daxili problemlərini həll etməyə çalışdığını ifadə etdi. İranın son 38 il müddətində müxtəlif beynəlxalq prossesləri təcrübə etdiyini və hər dövrdə mövcud şərtlərə uyğun qərarlar almağı bacardığını ifadə edən Laricani, düşmənin İrana zərbə endirmək üçün bəzən təhrikedici davranışlarda olduğunu amma İranın nüvə məsələsini soyuqqanlılıqla təqib edəcəyini söylədi.
ABŞ başçısı Ağ Evdə vəzifəyə gəldiyi gündən bəri İranı təhdid etməkdədir amma İran dövləti və xalqı xüsusilə İslam İnqilabının zəfər il dönümü günü nümayiş və yürüşlərlə Amerika rəhbərliyinin bu təhdidlərinə lazım olan cavabı verdilər.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!