Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Nümayişçilər güllələnmə ilə edam edilən gənclərin siyasi fəal olduqlarını qeyd edərək, Ali Xəlifə rejimini "terrorçu rejim" və Kral Hamad bin İsa Ali-Xəlifəyə "ölüm olsun" deyiblər. Mitinqdə Ali Xəlifənin xalqın qanuni haqlarını, hüquq və azadlıqlarını təmin etmək əvəzinə, işgəncə, təzyiq və zorakılığa üstünlük verdiyi bildirilib. Britaniya rəhbərliyindən Bəhreyn rejimilə əlaqələrini davam etdirəcəyi təqdirdə, bu rejimin cinayətlərinə şərik olacağı vurğulanıb.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!