Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2016 cı il dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Əliyev dövlətinə xəyanət etməkdə təqsirləndirilən Şiə ilahiyyatçısı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Ədalətsiz hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qurama qapalı prosesdə E.Mustafaoğlu haqqında 10 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb.
Qeyd edək ki, ötən saxta məhkəmə iclasında sülalə ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Şiə ilahiyyatçısı Elşən Mustafaoğlu 2014-cü ildə sabiq MTN tərəfindən həbs olunaraq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirdi. Bir müddət sonra isə, MTN-in sədri Eldar Mahmudovun özü Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə, saxlanılaraq ev dustaqı edilmiş və MTN qurumu DTX ilə əvəz edilmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır