?>

80 milyon amerikalı işçi və fəhlənin vaksinasiyası icbari olub

80 milyon amerikalı işçi və fəhlənin vaksinasiyası icbari olub

Hal-hazırda Amerikada təqribən səksən milyon idarə işçisi və fəhlə korona peyvəndi vurdurmağa borcludur; əks halda, onlar hər həftə korona testi verməlidirlər.

ABNA24 Xəbər Verir, Böyük Amerika şirkətlərinin işçilərinin geniş və icbari vaksinasiya qaydaları elə bir halda dünəndən qüvvəyə minibdir ki, bu ölkənin ali məhkəməsi hələ bu addımın qanuni olub-olmaması məsələsini araşdırmaqla məşğuldur.

Vaksinin icbari surətdə vurulması haqda iki şikayət işi Bayden hökumətini problemlə üzləşdirib. Bu işlər cümə günü Amerika ali məhkəməsində qaldırılıb, amma məhkəmənin hakimləri hələ bu haqda bir hökm çıxarmayıblar.

Xəstəliyə görə işləməyən amerikan işçilərin sayı ötən ilin dekabr ayında bir tam onda yeddi milyon nəfərə çatıbdır ki, bu da bir ayda on bir faiz artım deməkdir. Hazırda omikron ştammı dalğası ABŞ konqresində həyəcan siqnalını səsləndirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*