6 dekabr 2016 - 17:10
Şamda 700 silahlı orduya təslim oldu / FOTO

Paytaxt Şamın (Dəməşq) kritik bölgələrindən olan Qərbi Guta-nın ordu idarəsinə keçməsinin ardından xeyli sayda terrorist təslim oldu.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Guta şəhərində vuruşan terrorostlər, razılaşma mətnini imzalayaraq, bundan sonra qeyri-qanuni hərəkata qarışmayacaqlarına dair söz verdi.

Suriya hökuməti tərəfindən qurulan və Rusiya tərəfindən izlənilən Milli Razılıq Komissiyasına qatılan əl-Tibe, əl-Kesva veel-Meklaibe qəsəbələrindən təxminən 700 nəfər, təslim olaraq silahlarını da ordu birliklərinə verib.

Diqqət Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!