Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun bu günə təyin olunan məhkəmə prosesi davam edib.
Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsə 12 illik həbs cəzası təyin olunmasını istəyib.
Proses dekabrın 13-də davam etdiriləcək.
Xatırladaq ki, Elşən Mustafaoğlu 2014-cü il dekabrın 16-da sabiq “MTN” tərəfindən qanunsuz saxlanılaraq 3 gün sonra Səbayel Məhkəməsində onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra isə, Elşən Mustafaoğlu Kürdəxanı istintaq təcridxanasında saxlanmaq əvəzinə onu bu günə kimi sabiq “MTN” indiki DTX-nın zirzəmisində saxlayırlar. Ona qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham da irəli sürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır