28 noyabr 2016 - 17:31
İraq xüsusi qüvvələri təxminən 1000 IŞİD terroristini öldürdü.

İraq ordusuna bağlı Qızıl Qüvvələrin Mosul əməliyyatının başladılmasından bu yana 1000-ə yaxın işid üzvünü öldürdüyü bildirilib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq ordusuna bağlı Qızıl Qüvvələrin Mosul əməliyyatının başladılmasından bu yana 1000-ə yaxın işid üzvünü öldürdüyü bildirilib.

Terrorla Mübarizə Komandiri General-leytenant Abdel Gani Asadi, İraqın ikinci böyük şəhəri olan Mosulu IŞİD-dən geri almaq üçün başladılan hərəkatda, xüsusi qüvvələrin təxminən 1000 terroristi öldürdüyünü söylədi.

 Asadi, "Kəşfiyyat məlumatlarımıza görə, şəhərdə 6000 terrorist var. Ancaq bu ədədin şişirdilmiş olduğunu düşünürəm çünki Qızıl ordumuz 992 nəfəri öldürdü və 56-sını da yaraladı ".

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!