1 noyabr 2016 - 16:03
Qüds TV-yə təxribat: "Türksat-dan çıxarıldı !!!"

Türk terroruna etiraz edən Qüds TV, "şiə təbliğatı edir" iddiasıyla Türksat tezliyindən çıxarıldı.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Türkiyədə yayınlanan Qüds TV-nin, bir neçə gündür yayınları kəsilib. 

Türk mediasında yer alan iddialara görə Qüds TV, İraq Ordusunun xüsusilə Mosul əməliyyatında iştirak edən Haşdi Şabi təbliğ edir və digər tərəfdən" terrorist" təşkilatları dəstəkləyərək Türk xalqı və müsəlman ümmət arasında ayrılıq və nifaqa səbəb olurdu.


Təəssüf ki İslam ümməti öz içindəki nifaq və ayrılıq problemləri yaradan Türk mediyası, terrorla mübarizə aparan Haşd Şabi kimi müqavimət cəbhəsinə "Terrorist" damğasını vurması və Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyn kimi yerlərdə  imperialist güclərin qarşısında mübarizə edənləri "NİFAKÇI" xarakterizə etməsi əslində bu medianın da, qərbə bir cür kömək və yaltaqlıq etdiyini göstərir.

abna24.com- xəbərdən istifadə etdikdə istinad vacibdir!