26 oktyabr 2016 - 17:09
NİDA Hərəkatının üzvü, "Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimovun məhkəmədə son sözü.

Nardarana girib orda haqlarını istədilər deyə, sadəcə səslərini qaldırdılar deyə, söz dedilər deyə polislər tərəfindən vəhşicə öldürülmələri, qalanlarını da eynən bizim kimi etmədikləri cinayətlə şərləyib həbsxanalara doldurduqlarını görəndə... Hakim: - Nardaran sənə aid deyil. Qiyas: Xeyr, bu ölkədə baş verən hər şey mənə aiddir, mən ona görə burdayam.

Qiyas İbrahimov:Heç bir yazılı qanunu pozmamışam. Hansı ki, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Hansı ki, sistem bu yazılmamış qanunlarıyla ayaqda qalmağa, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı qanunları olan, kağızda əksini tapmış qanunları pozmaqla cəzasız qalmaq mümkündür.Yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan. Yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil.

Günahım- bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərəbəyli zehniyyətinə yetəri qədər sivil şəkildə adi tələbə gənc olaraq etiraz etmiş olmağımdır.

Nardarana girən muzdlu quldurların, zəncirli kölələrin heyvan cüssəsi qarşılığında Vətəni qorusunlar deyə, səngərə tökülən uşaqların, hələ də körpə simalarını itirməmiş ana quzuları olduğunu, ana övladları olduğunu görürük. Bizi alçaldan budur. Bunun əvəzində isə belə heyvan cüssəlilər öz insanlarını işgəncə verib öldürürlər.