26 oktyabr 2016 - 11:51
İmperialist ABŞ Mosulda qızlar məktəbinə zərbə endirdi

Hərbi resursların verdiyi məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda terrorrizimə qarşı mübarizə iddiasında olan imperialist ABŞ-ın Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri sələfi zombilərini deyil, İraqın Mosul şəhərinin cənubunda yerləşən qızlar məktəbinə zərbə endirib.

Məlumata görə, oktyabrın 22-də Mosuldan 20 km şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyi bildirilib.

Həmçinin ABŞ Hərbi-Hava Qüvvələri oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura  yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”.

Hərbi resursların verdiyi məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır