Lənkəran Dövlət Universitetinin tələbələri adı çəkilən universitetin əsas korpusun 4-cü mərtəbəsində lövhəyə vurulan "nizam-intizam" qaydalarının 8.9 cu bəndinə əsasən QIZLARIN HİCABLA OĞLANLARIN İSƏ SAQQALLA UNİVETSİTETƏ GİRİŞİNƏ QADAĞA QOYULUR! bəndinə kütləvi şəkildə etiraz edir. Bu barədə sosial şəbəkələrdə də xeyli paylaşımlar olunub.
Universitetdə təhsil alan tələbələrin bildirdiyinə görə qərarın qəbul olunması üçün tələbələrə heç bir məlumat verilmədən blanklar paylanılıb, imzalar toplanılır.
Xatırladaq ki, hicaba qadağa Azərbaycan Respublikasının konstitusiyasına ziddir və verilən qərar bir başa ciddi qanun pozuntusudur.
7 oktyabr 2016 - 09:19
Xəbər kodu: 783961
Qeyri qanuni qadağa: LDU-da QIZLARIN HİCABLA OĞLANLARIN İSƏ SAQQALLA UNİVETSİTETƏ GİRİŞİNƏ QADAĞA QOYULUR!