16 avqust 2016 - 09:15
İİR təhlükəsizlik qüvvələri Kermanşah əyalətində təkfirçilərə qarşı əməliyyat keçirib

Belə ki, ötən gün Kermanşahda iki əməliyyatda 4 təkfirçinin məhv edildiyi və daha 6 terrorçunun isə əsir düşdüyünü deyib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin rəsmisi Hüseyn Zülfüqari bildirib ki, ölkə təhlükəsizlik qüvvələri Kermanşah əyalətində keçirtdikləri anti-terror əməliyyat zamanı 4 təkfirçini məhv edib və daha altı təkfirçini əsir tutublar.

General H. Zülfüqari ölkənin sərhəd əyalətlərində təhlükəsizlik vəziyyətinin nəzarət altında olduğunu dilə gətirərək, hər bir mütəşəkkil və beynəlxalq cinayətkarlara qarşı əməliyyatların həyata keçirildiyinə hazır olduqlarını deyib.

Belə ki, ötən gün Kermanşahda iki əməliyyatda 4 təkfirçinin məhv edildiyi və daha 6 terrorçunun isə əsir düşdüyünü deyib.

H.Zülfüqari bildirib ki əməliyyat zamanı ölənlərdən biri İraqda faliyyətdə olan tanınmış təkfirçilərdən olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.