16 mart 2016 - 12:30
Pakistanda məmurları daşıyan avtobus partladıldı, azı 15 nəfər öldü – Foto

Pakistan polisinin ali rütbəlilərindən olan Muhəmməd Kaşif məsələ ilə bağlı açıqlama verərək bildirib: “40-50 nəfər sərnişini daşıyan avtobusda partlayıcı qurğu salonunda quraşdırılıbmış. Hələlik hadisə ilə bağlı heç bir qrup məsuliyyəti öz öhdəsinə götürməyib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistanın şimal-qərbində avtobusun partladılması nəticəsində ən azı 15 dövlət qulluqçusunun həlak olduğu bildirilir.

Hadisə nəticəsində onlarla adamın xəsarət aldığı vurğulanıb.

Məlumata görə, partlayış bu gün səhər avtobus Mardan şəhərindən Heybər-Paxtunxva əyalətinin mərkəzi olan Peşəvər şəhərinə gedirkən yolda baş verib.

Pakistan polisinin ali rütbəlilərindən olan Muhəmməd Kaşif məsələ ilə bağlı açıqlama verərək bildirib: “40-50 nəfər sərnişini daşıyan avtobusda partlayıcı qurğu salonunda quraşdırılıbmış. Hələlik hadisə ilə bağlı heç bir qrup məsuliyyəti öz öhdəsinə götürməyib.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır