Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hollandiya parlamenti ötən gün keçirdiyi səsvermədə Səudiyyə Ərəbistanına silah və hərbi məqsədlərdə istifadə edilə biləcək məhsulların satışını qadağan edib.
Hollandiya parlamentinin bu qərarı Səudiyyə Ərəbistanında həyata keçirilən edamlar və Yəmənə edilən təcavüz nəticəsində qəbul edilib.
Hollandiya parlamenti qaldırdığı bu məsələdə hökumətdən qadağanın sərt şəkildə icrasını tələb edib.
Qeyd edək ki, Avropa ölkələrindən İngiltərə də Yəmənə təcavüzə görə, Səudiyyə Ərəbistanına silah satışının müvəqqəti dayandırıb.
Hazırda Avropada Fransa Səudiyyəyə silah satan əsas ölkədir.
Səudiyyə Ərəbistanı və koalisiyası bir ilə yaxındır ki, legitimliyi dəstəkləmək bəhanəsi ilə Yəmənə hücuma keçiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır