Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu Laziqiya əyalətinin şimalında Türkiyə sərhədləri yaxınlığında bir qruplaşmanı pusquya salıb.
Türkiyə sərhəddi yaxınlığında Nusra Cəbhəsinə qarşı keçirilən bu əməliyyatda terror təşkilatının xeyli sayda silahlısı məhv edilib.
Ordu Rus təyyarələrinin müşayiəti ilə Palmira ətrafında da əməliyyat aparıb. Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib ki ordu Palmira şəhərinin 4 km-lıyinə çatıb.
Bu arada əl-Qaidənin Suriya qolu Nusra Cəbhəsi Rusiyanın bəzi qüvvələrinin geri qayıtmasından sonra Hələbdə və Həma əyalətində hücumlara start verəcəyini deyib.
Qeyd edək ki, Rusiya 6 ay öncə Suriyaya göndərdiyi qüvvələrinin əsas hissəsini ölkədən geri çəkir. Ekspertlə bildirir ki, Rusiya bununla sülh danışıqlarına dəstək vermək istədiyini göstərmək istəyir
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır