Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gecə Ankaranın Kızılay meydanında baş vermiş partlayışı törədənlərin kimliyi məlum olub.
Məlumata görə, 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı 2 nəfər törədib. Onlardan biri qadın, digəri isə kişidir.
Partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır