Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 26 Noyabr 2015 –ci il 20 Yanvar 1990-cı ili bir daha xatırlatdı...
Rejim tərəfindən zibil maşınlarında gələrək məzlum Hüseynçiləri qanlarına qəltan edən əliyevlər sülaləsi öldürdüklər polisləri təntənəli sürətdə dəfn edərək Nardaran Şəhidlərinin cənazələrini isə, xalqa təhvil verməkdən boyun qaçırırlar. Bu necə də, Erməni silahlı qüvvələrinin Şəhid Mübarizin cəsədini aylarlar saxlayaraq vermək istəmədikləri anları bir daha insanların zehnlərində canlandırır...
Nardaranlılar hüquqlarının bərpası üçün İmam Hüseyn meydanında toplaşmaqdadır. Uzun illər qazdan məhrum olan Nardalanlılar bu günlərdə işıq üzünə belə həsrətdədilər...
Məlumata görə, Nardaran ağsaqqalları ilə rejimin Sabunçu polisi arasında Şəhid gənclərin nəşlərinin geri alınması barədə danışıqlar yekunlaşmaqdadır.
Yerli sakinlər həyatını Şəhidlərin dəfn edilməsi işlərinə hazırlaşırlar.
Artıq Nardaranda Hacı Baxış məscidində dəfn üçün məzarlar qazılıb.
Şəhid olan Şiələrin adları Babayev Əkbər Nazim oğlu, Səfərov Sərvan Şirvan oğlu, Bünyatov Rafael Zeynalabdin oğlu və Məşədi Abbas Hüseyndir.














Diqqət: Xəbərdənistifadə etdikdə mənbəyə istinadlazımdır