29 aprel 2015 - 12:56
Zərif: Qərb ilə qarşılıqlı hörmət əsasında danışıqlar aparmaq istəyirik

İranın xarici işlər naziri deyib: Qərbin sanksiyaları nüvə müzakirələrinin gedişində təsirsizdir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri deyib: Qərbin sanksiyaları nüvə müzakirələrinin gedişində təsirsizdir

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif BBS kanalı ilə müsahibədə, sanksiyaların İranı müzakirə masasına çəkdiyi barədə deyilənləri rədd edib və deyib: Əgər ABŞ hökuməti İran xalqı ilə düşmənçilik edə bilsəydi, sanksiyalarla buna nail olardı.

İranın xarici işlər naziri əlavə edib: Qərbin sanksiyaları nüvə müzakirələrində təsirsizdir.

Zərif əlavə edib: Biz Qərb ilə qarşılıqlı hörmət əsasında danışmaq istəyirik. Biz qərb ilə düşmənçilik istəmirik.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər