Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, İslam dünyası dağıdıcı təxribatçı cərəyan və böyük təhlükə ilə üz-üzədir
Bakıda keçirilən "İslam Maarifçiliyi və Müasir Dövr" adlı beynəlxalq konfransda çıxış edən Allahşükür Paşazadə bildirib: Təəssüflər olsun ki, müasir dünyada özlərini İslamla bağlayan və təxribatçı fəaliyyətlər göstərən ifratçı dini qruplar və insan cəmiyyəti üçün təhlükəli olan hadisələrlə rastlaşırıq.
O, sonra deyib: İslam dünyası ölüm ilə nəticələnən böyük təhlükə və təxribatçı cərəyanla üzləşibdir.
O, sonra deyib: Azərbaycan Respublikası xalqı erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrin məhv edilməsinin şahidi olan bir xalq kimi, İraqdakı qırğınlar, Suriyadakı qardaş qırğını, İŞİD-in gündəlik biabırçılıqları, həmçinin Qüdsdəki terror hərəkətləri və cinayətləri pisləyirik.
Qafqaz Müsəlmanları İdarəsinin sədri dırnaqarası "erməni soyqırımı"nin 100-ü ildönümü gününün keçirilməsi və bu uydurma hadisənin bəziləri tərəfindən tanınmasını tənqid edərək, deyib: Biz Ermənistanın "məzlum" kimi təqdim olunmasını siyasi bir riyakarlıq hesab edirik. Bu ölkə 200 ildən çoxdur ki, Azərbaycan Respublikasına qarşı soyqırım siyasətini tətbiq edibdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır