16 aprel 2015 - 12:23
Putin: “ABŞ-a tərəfdaş deyil, nökər lazımdır”

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi canlı sual-cavabda maraqlı açıqlamalar səsləndirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi canlı sual-cavabda maraqlı açıqlamalar səsləndirib.

O, ilk öncə ölkəsinin hər şeyə hazır olduğunu bildirib, daha sonra isə Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini açıqlayıb. Bu isə Rusiyaya hörmətdən keçir. Onun sözlərinə görə, Rusiya Qərb dünyası ilə əməkdaşlığı pozmaqda maraqlı olmayıb və belə bir addımı da atmayıb

Daha sonra isə sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, nökər lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər