Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın Rəqqa şəhərini ələ keçirdikdən sonra barada öz qanunlarını həyata keçirən, meydanlarda qılıncla baş kəsən, hər gün qan axıdan İŞİD-in yüzlərlə terrorçusu ölümcül dəri xəstəliyinə tutulub.
Milçək vasitəsi ilə yoluxulan və layşmanya olaraq adlandırılan xəstəliyin İŞİD-in nəzarətində olan bölgələrdə sürətlə yayıldığı bildirilir. Həmin ərazilərdə mütəxəssis həkimin olmaması isə təhlükəni daha qorxulu səviyyəyə qaldırır. Bəzi terrorçular isə «etiqad» səbəbindən həkim müayinəsindən keçmək istəmir. Ələ keçirdiklər bölgələrə kütləvi qətliamlar həyata keçirən İŞİD-in səbəb olduğu xaos təşkilata xəstəlik olaraq geri dönür…
Daily Mirror və Sun Express qəzetlərinin də gündəmə gətirdiyi bu xəstəliyin səbəbi kimi natəmizlik göstərililir.Milçəklərin sancması ilə yoluxulan bu xəstəliyin həkimin və kifayət qədər dərmanın olmaması, həmçinin yoxsulluq və aclıq səbəbindən daha geniş yayılacağı bildirilir.
Qeyd edək ki, xəstəlik yüksək hərarət, çəki itirmə, dalağın şişməsi, qan azlığı ilə müşahidə olunduğundan terrorçuları taqətsiz hala düşüblər, müalicə olunmayacağı təqdirdə ölümlə nəticələnə bilər.
İŞİD
İŞİD
İŞİD
İŞİD
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır