6 aprel 2015 - 10:16
İranın cənub-şəqrində bir terror qrupu məhv edildi

İran İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qüvvələrinin Qüds Qərargahı İranın cənub-şərqində bir terror qrupunun məhv edildiyini və onun bütün üzvlərinin öldürüldüyünü bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın cənub-şəqrində bir terror qrupu məhv edildi

İran İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qüvvələrinin Qüds Qərargahı İranın cənub-şərqində bir terror qrupunun məhv edildiyini və onun bütün üzvlərinin öldürüldüyünü bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qüvvələrinin Qüds Qərargahı bir bəyanatda bildirib: Bu gün bazar ertəsi günü səhər İranın cənub-şərqində Qəsr Qənd və Nikşəhr məntəqəsində əcnəbi casusluq xidmətlərinə bağlı bir terror qrupu Sepahın quru qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində məhv edilib və onun bütün üzvləri öldürülüb.

Bu bəyanatda bildirilir: Bu əməliyyat son günlər ərzində bir sıra müəyyənlədirmə və təqib əməliyyatları nəticəsində keçirilib və onların çoxlu miqdarda silah-sursat və əlaqə təchizatı aşkarlanaraq götürülüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər