Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran xarici işlər naziri deyib: İran əleyhinə tətbiq olunan sanksiyalar nə insani, nə də insan haqlarına əsasən olmuşdur
Məhəmməd Cavad Zərif cümə axşamı gecə İsveçrənin Lozanna şəhərində İranla 5+1 Qrupunun nüvə müzakirələrinin müştərək bəyanatı oxunduqdan sonra mətbuat müsahibəsində deyib: Təhlükəsizlik Şurasının və Amerika Birləşmiş Ştatlarının İran əleyhinə bütün sanksiyaları ləğv olunmalıdır.
"Elmi inkişaf və araşdırmanı davam etdiririk, bizim reaktorlarımız daha modern olamlıdır və Fordo obyektindəki sentrifuqalar barədə imzaladığımıza öhdəlikliyik və diqqətimizi Nətənzdəki sülhməramlı nüvə fəaliyyətlərinə yönəldəcəyik və addım-addım anlaşmasına əsasən Fordoda addımlar atılacaqdır" -deyə Zərif əlavə edib.
İran xarici işlər naziri deyib: Nüvənin gizlədilməsi və yaxud dəm vurduqları bir sıra nigaranlıqlar məsələsi barədə əyləşməliyik və yarı dolu stəkanın heç kimin xeyrinə olmadığını görməliyik, irəliyə doğru baxışımız olmalıdır, əgər problem yaranarsa, qarşılıqlı hörmət hissinə əsasən əyləşməli, söhbət etməli və irəliləməliyik.
Zərifin sözlərinə görə, İranın nüvə proqramı barəsindəki bütün mənfi təfəkkürlər aradan qalxmalı və bütün sanksiyalar ləğv edilməlidir. İran dövləti yekun beynəlxalq hüquqa çatmaq üçün dövlətlərə öhdəliklərinə diqqət yetirmiş və yetirəcəkdir.
Zərif əlavə edib: Yekun anlaşma İran xalqının mənafeyi və ehtiyaclarına əsasən Təhlükəsizlik Şurasında təsdiqlənərək icra olunan anlaşma olacaqdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır