Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 25 mindən artıq əcnəbi döyüşçü ISID və əl-Qaidə kimi silahlı qruplara qatılmaq məqsədilə münaqişəli bölgələrə yollanıb
Bu barədə BMT son hesabatında bildirilir.
Hesabata əsasən 2014-cü ilin ortalarından başlayaraq 2015-ci ilin mart ayınadək əcnəbi döyüşçülərin sayında 71 faiz artım müşahidə olunub.
Bu da qlobal təhlükəsizliyə bilavasitə və uzunmüddətli təhlükə təşkil edir.
BMT ən azı 100 dövləti təmsil edən döyüşçülərin Suriya, İraq, Liviya və Pakistan kimi ölkələrə üz tutduğunu bildirir. Eləcə də çox sayda islamçı döyüşçülərin Tunis, Mərakeş, Fransa və Rusiyada olduğu qeyd olunur.
Hesabata əsasən İraq və Suriyada ISID_in məğlubiyyəti təcrübəli döyüşçülərin dünya boyu yayılması ilə nəticələnə bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır