1 aprel 2015 - 13:00
Rusiyanın çağırışı, Omanın dəstəyi, Səud müxalifləri və Amerikanın "barmağı"

Yəmənə hücum barədə Səudiyyə ilə Amerika aylar öncə bir masa arxasına gələrək razılıq əldə etmişdilər Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Yəmən hücumu ilə əlaqədar bir neçə ay bundan öncə ABŞ ilə görüşdüyünü açıqladı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənə hücum barədə Səudiyyə ilə Amerika aylar öncə bir masa arxasına gələrək razılıq əldə etmişdilər Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Yəmən hücumu ilə əlaqədar bir neçə ay bundan öncə ABŞ ilə görüşdüyünü açıqladı.

Səudiyyənin ABŞ-dakı səfiri Adel əl-Cəbir Yəmənə olan hücumun ABŞ-ın məlumatı ilə aylar öncəki görüşlərdən sonra təşkil edildiyini bildirib.

Əl-Cəbir Səudiyyə Ərəbistanı və ABŞ arasındakı görüşlərin son həftələrdə daha sıx olduğunu vuğulayıb. O, açıqlamasının davamında isə Səudiyyənin təşkil etdiyi hücumların hələlik sadəcə havadan olduğu, quru əməliyyatlarına isə ehtiyac duymadıqlarını bildirib.

Səudiyyəlilər arasında Yəmənə hücum mövzusunda ixtilaf

Səudiyyə Ərəbistanı müxalif qruplarından "Əl-Cəzirə Gənclər Birliyi"nin yaydığı məlumatda, Yəmənə hücum mövzusunda səudiyyəli yüksək səlahiyyətli şəxslər arasında anlaşılmazlıqların olduğunu bildirib. Məlumatda həmçinin, bəzi ərəbistanlı şahzadələrin Yəmənə hücumların başladığı ilk andan etiraz etdiklərini, Səudiyyə Ərəbistanı vəliəhd Muğrin ibn Əbdüləziz və Mötəb ibn Abdullah ibn Əbdüləzizin də hücuma qarşı olduğu bildirilib. Səudiyyə Ərəbistanı Yəmənə hücum tənzimləməsini qınayarkən, Yəmən xalqının böyük bir qətiyyətlə bu vəhşi təcavüz qarşısında müqavimət sərgiləyəcəklərini vurğulayıb.

Səudiyyənin "Əl-Cəzirə Gənclər Birliyi" Yəmənə olan hücumu qınamaqla yanaşı, Yəmən xalqının da bu vəhşi təcavüz qarşısındamübarizə edəcəyini bildirib.

Rusiya: Yəməni qarışdıranlar onun nəticələri ilə də barışmalı olacaqlar

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Yəmən və Suriya böhranlarının danışıqlar və sülh yolu ilə həll olunması zərurətini xatırladaraq, Yəmən böhranını meydana gətirənlərin onun nəticələrinə də dözməli olacaqlarını bildirib. Rusiya prezidenti Putin Ərəb liderlərinə yazılı mesajında Suriya, Yəmən və Liviya böhranlarının sülhsevər yollarla həll olunması mümkün olmadığı müddətcə bölgədə terrorizmlə mübarizə və mövcud böhranların dayandırılmasının mümkün ola bilməyəcəyini bildirib. Putinin mesajından narahat olan Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Səud əl-Faysal Moskvaya bir sıra ittihamlar söyləyərək, Suriya xalqının çəkdiyi izdirablardan Rusiyanın da məsul olduğunu iddia etdi.

Oman: Hücumları dayandırın!

"Əl-Aləm" telekanalının bildirdiyinə görə, bazar günü Oman kralı Sultan Kabus ibn Səid Səud kralı Salman bin Əbdüləzizə yazdığı (təcili) məktubda Yəmən torpaqlarına qarşı hərbi hücumların dayandırılmasını istədiyi deyib. Oman kralı Sultan Kabusun Səudiyyə Ərəbistanı kralına yazdığı məktubda Yəmən böhranının bundan daha çox davam etməsi ilə bunun nəticələrinin çox ağır olacağını da qeyd edib. Oman, həmçinin Səudiyyənin Yəmənə qarşı təşkil etdiyi hava hücumu zamanı yaralıları müayinə və müalicə etməyə hazır olduğunu da dilə gətirib. Omanın ötən həftə Sənada cümə namazına qatılanlara hücum zamanı yaralanmış 40 yəmənlini müalicə etdiyi bildirilib.

Qeyd edək ki, Fars Körfəzi İşbirliyi Konseyinə üzv olan 6 ölkədən Yəmənə hücumu dəstəkləməyən tək ölkə Omandır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər