1 aprel 2015 - 04:57
Əmir Abdullahian Küveytdə Livan baş naziri ilə məsləhətləşmə aparıb

İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika Ölkələri üzrə müavini və Livan baş naziri görüşərək danışıqlar aparıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əmir Abdullahian Küveytdə Livan baş naziri ilə məsləhətləşmə aparıb

İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika Ölkələri üzrə müavini və Livan baş naziri görüşərək danışıqlar aparıblar.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Küveytdə keçirilən Suriya Donor 3-cü Beynəxalq konfransın kənarında Hüseyn Əmir Abdullahian Tamam Salamla görüşdə İran İslam Respublikasının Livana dəstəyini vurğulayıb.

Əmir Abdullahian Livanda stabillik və təhlükəsizliyin qorunması və siyasi prosesin gücləndirilməsində bu ölkə baş nazirinin səylərini alqışlayıb.

Livan baş naziri də salamını İran prezidentinə çatdıraraq iki ölkə arasındakı mövcud münasibətlərin prosesindən razılıq edib.

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Suriya Donor 3-cü Beynəlxalq konfransında iştirak etmək məqsədilə Küveytdə səfərdədir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər